Media Xəbərləri > Çap üçün versiya > 2017-ci ildə dünyanı hansı hadisələr gözləyir?

2017-ci ildə dünyanı hansı hadisələr gözləyir?

İslam dininə görə mütləq qeybi mütləq bilən Allahdır. Ancaq İslam alimi Mühyiddin əl Ərəbi qeybi iki yerə bölür. Qeybi kübra, ancaq Allahın bildiyi qeyb və Qeybi suğra,kiçik qeyb ki, bunu bəzi agah insanlar da bilə bilər.

Necə ki, tarixdə də vardır ki, bəzi imamlar və övliyalar bu qeybdən xəbərdar olublar. Habelə qeybi bilmək ki, iki cəhətdən mümükündür, bunlardan biri Allahın lütfü kəraməti və inayəti nəticəsindədir ki, bunu ancaq salehlərə nəsib edər. İkincisi də elm və müəyyən metodlarladır ki, bunu alim də , cahil də öyrənib istifadə, hətta sui istifadə edər.

Qeyb haqqında qədim mənbələrdə qeyd olunubdur. Bir çox hədislər də vardır.
Məsələn Əhməd əl Buninin Şəmsul Maarıf kitabinda Peyğəmbərdən İbn Abbasın belə bir hədisi nəql olunur ki, dünyanın yaşı 7 min ildir. Həmçinin axır zamana aid bir çox hadisələrin xronoloji baş vermə ardıcıllığı əksini tapıbdır.

Bəzi qədim mənbələrə, müqəddəs kitablara və hesablamalara əsasən 2017 ci ilin necə olacağı barədə müyyən çıxarışlar vardır ki, siz oxuculara təqdim edirəm. Qeyd edim ki, bu deyilən proqnozlar dini mənbələrə əsaslanır və doğruluğunu Allah bilir.

1.Yayın çox isti keçəcəyi bildirilir.
2.İl mülayim il olacaqdır, başlanğıcı səhih və yaxşı, sonu bir az çətin olacaqdır.
3.Kənd təsərrüfati üçün faydalı olacaqdır. Əkinlər bol məhsul verəcəkdir.
4.Qoyunçuluğun inkişafı üçün çox əlverişli ildir və artım olacaqdır.
5.Arıçılıq və bal artacaqdır.
6.Azərbaycan, İraqın ərəb hissəsi,İranın Xuzistanı və Həmədanda xoş dövran gözlənilir. Bu xüsusən təsərrüfat sahəsində, mer-meyvənin bolluğu səbəbi ilə olacaqdır.Bu bölgələrdə firavanlıq olacaqdır.
7.İranın fars hissəsində qəm və narahatlıq gözlənilir.
8.Qış orta olacaqdır.Nə isti, nə də çox soyuq.
9. Xüsusilə Azərbaycan üçün baramaçılıq və kənd təsərrüfatının irəliləməsi gözlənilir və buna cəhd etmək çox fayda verəcəkdir.
10.Suriyada vəziyyət qismən sabitləşsə də Şam, yəni paytaxt Dəməşqdə yoluxucu xəstəlik baş qaldıracaq və savaşın dəhşətini unutduracaqdır.Çox xəstəlik və afətt görünür.
11.Qərb ölkələrində qeyri-sabitlik olacaqdır.
12.İsti ölkələin əkinçiliyinə çəyirtkə afəti böyük zərər vuracaqdır.
13.Ümumiyyətlə dünyada bu il ərzində yaşlılar, uşaqlar, qadın və kişilər arasında ölüm sayının artacağı görüləcəkdir.
14.İranın Xorasan əyalətində böyük bir olay çıxacaqdır və səs küyə səbəb olacaqdır.
15.Səudiyyə Yəməndə istədiyinə nail olmayacaq və şəxsən kralın müstəqil fikri ilə Yəməndən çəkiləcəklər.
16.Dəməşq ətrafında ən böyük savaş olacaq.
17.Əsəd endirilərək yerinə başqa rəhbər əyləşdiriləcək.
18. Dünyada bahalaşma müşahidə olunacaq. Ən qiymətli şey bu il ərzində buğda olacaqdır.
19.Çıxan savaşlar ilin sonuna doğru bitəcəkdir. Xaraba qalmış ölkələrin vəziyyəti qismən düzələcəkdir.
20. Bu ildə dəniz heyvanlarının ovu bollaşar, pul ehtiyyatları azalır, sular çoxalır, yaz məhsulları bollaşır...
21.Dünya iqtisadiyyatında yeni kontraktlar və ölkələr arası faydalı alış-verişlər tənzimlənəcəkdir.
22. Hansısa bir ölkə rəhbəri dünyasını dəyişəcəkdir.
23. Amerika rəhbərinin Rus rəhbəri ilə mülayim və səmimi münasibəti dünya islam ölkələrində ümumi ağır vəziyyətin tənzimlənməsində böyük rol oynayacaqdır.
24.Türkiyədə vəziyyət orta olaraq davam edəcəkdir.
25.Rusiyanın dünyada nüfuzu artacaqdır.
( Qeyd olunan məlumatlar orta əsr islam alimlərindən Əhməd əl Buninin Şəmsul Maarif, Seyyid Süleyman əl Hüseyninin Ulduznamə, Camiud Dəvat və digər mənbələrədən əxz edilib.)

Tural İrfan
Yazar
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=16369

© 2014 www.mediaxeberleri.com