Media Xəbərləri > Çap üçün versiya > Manat bahalaşa bilərmi?

Manat bahalaşa bilərmi?

Manat bahalaşa bilərmi?“Hərraca dolların çıxarılması ilə manat 1-2 qəpik bahalaşa bilər”.

Mediaxeberleri.az Fins.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, amma bu müvəqqəti xarakter daşıyacaq:

“Çünki ümumi tendensiya manatın ucuzlaşmaqda davam edəcəyini göstərir. Səbəb ondadır ki, həm Azərbaycan Mərkəzi Bankının (AMB) hazırki məzənnəsi, həm də qara bazardakı qeyri-leqal məzənnə manatın real qiyməti deyil.

AMB hərraca çıxarılacaq valyutanın həcmindən asılı olmayaraq, manatın yumşaq ucuzlaşmasını davam etdirməlidir. Əks halda, kəskin devalvasiya riski yüksələ bilər”, - deyə S.Əliyev deyib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=16363

© 2014 www.mediaxeberleri.com