Media Xəbərləri > Çap üçün versiya > Bəxtiyar Yolocaqlı - "QƏZƏBLİ XƏZƏR"

Bəxtiyar Yolocaqlı - "QƏZƏBLİ XƏZƏR"

Bəxtiyar Yolocaqlı - "QƏZƏBLİ XƏZƏR"


Yenə də dənizdə fıtına qalxdı,
Məzlum insanları özünə aldı,
Gör neçə uşaqlar atasız qaldı,
Necə də qatilsən qəzəbli, Xəzər!

Qara qızılınla neçə ev yıxdın,
Dərdli insanların sonuna çıxdın,
İllərcə qurulmuş evləri yıxdın.
Necə də qatilsən qəzəbli, Xəzər !

Qara qızılında dəysin başına,
Boğursan hər kəsi çıxsa qarşına,
Baxmırsan ölənin hətta yaşına,
Necə də qatilsən qəzəbli, Xəzər !

Özün qiymətinin dəyərin bildin,
Varlı adamların cibinə girdin,
Kasıb insalardan qisməti sildin,
Necə də qatilsən qəzəbli, Xəzər !

Düşündükcə sənə nifrətim artır,
Millətin başını şöhrətin qatır,
Şəhidlər sinəndə başdaşsız yatır,
Necə də qatilsən qəzəbli, Xəzər !
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=16355

© 2014 www.mediaxeberleri.com