Media Xəbərləri > Çap üçün versiya > Xəzəryanı dövlətlər yenə toplanır – Səbəb

Xəzəryanı dövlətlər yenə toplanır – Səbəb

Xəzəryanı dövlətlər yenə toplanır – SəbəbXəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclasının yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır.

Mediaxeberleri.az-ın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, iclasın gündəliyində Konvensiya layihəsinin hazırlanması ilə bağlı bu günədək razılaşdırılmamış sualların müzakirəsi yer alıb.

İlkin məlumata görə, iclas Aşqabadda keçirilə bilər. İclas çərçivəsində həmçinin, Xəzəryanı dövlətlərini XİN rəhbərlərinin növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu barədə Konvensiya ilə bağlı məsələlərin böyük əksəriyyətinin razılaşdırıldığını bildirmişdi.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=16298

© 2014 www.mediaxeberleri.com