Media Xəbərləri > Çap üçün versiya > Ağstafada xalçaçılıq müəssisəsinin tikintisi başladı

Ağstafada xalçaçılıq müəssisəsinin tikintisi başladı

Ağstafada xalçaçılıq müəssisəsinin tikintisi başladı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl işlər görülür.

Mediaxeberleri.az
xəbər verir ki, rayonda xalçaçılığın qədim tarixinin olmasını nəzərə alaraq yeni xalça istehsalı müəssisəsinin tikintisi nəzərdə tutulmuşdur.

Dövlət başçısının tapşırığına uyğun olaraq “Azərxalça” ASC-nin Ağstafa xalça toxuculuğu müəssisəsinin tikintisinə başlanılmışdır. Həmin müəssisənin tikintisi üçün rayon İcra hakimiyyəti tərəfindən 0.50 ha torpaq sahəsi ayrılmışdır. Həmin müəssisədə ixtisaslı işçilərin çalışması üçün Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi açılmışdır. Müəssisə işə salındıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaqdır. Müəssisənin tikinti işləri sürətlə davam edir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=16153

© 2014 www.mediaxeberleri.com