Media Xəbərləri > Çap üçün versiya > Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır

Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır

Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır
Rusiya prezidenti Vladimir Putin 1967-ci ildə müəyyənləşdirilən sərhəd xəttinə uyğun və paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasını dəstəklədiyini bildirib.

Rusiya dövlət başçısı Rusiya və Fələstinin əməkdaşlığa və dostluğa əsaslanan münasibətlərə ənənəvi olaraq sahib olduğunu qeyd edib.

Rusiya bölgədə böhranın ədalətli və davamlı həllinin tərəfdarıdır. Rusiya prezidenti İsrail-Fələstin müzakirələrinin yenidən başlanmasının lazım olduğunu, Fələstinin milli identifikasiyasının yenidən qurulması məsələsində iştirak etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Putin Mahmud Abbas və Netanyahuya 9 sentyabr tarixində Moskvada ikitərəfli görüş təklif etmişdi. Amma Netanyahu görüşün vaxtını təxirə salmağı tələb etmişdi.Ölkə.Az

Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=15796

© 2014 www.mediaxeberleri.com