Media Xəbərləri > Çap üçün versiya > Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik

Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik

Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik
“Aqil Nəzərli kimi məmurlar...”

Azərbaycanda ən böyük narazılıq edilən məmur təbəqəsi icra başçılarıdır desək, yanılmarıq. “Kiçik padşahlar”, necə deyərlər, “gözdən iraq, könüldən uzaq” prinsipi ilə vətəndaşlara divan tuturlar. Laçın rayonundan məcburi köçkun olan, hazırda Bərdə rayon Qaradəmirçi kəndinin köhnə mal fermasında məskunlaşmış iyirmi iki ailənin adından Politika.Az-a ünvanlanan müraciətdə daha bir “kiçik padşah”ın əməllərindən söz açılır. Olduqca ilginc məktubda bildirilir ki, bu ailələr 1992-ci il hadisələrindən sonra Bərdə rayon Qaradəmirçi kəndində kolxozun yararsız binasında məskunlaşıblzr: “Yaşadıgimiz ərazi Bərdə-Yevlax magistralının 600-700 metrliyində olsa da, həmin qısa məsafəni yağışlı günlərdə qət etmək mümkünsüz hala gəlir. Laçın rayonunun keçmiş icra başçısının dövründə yola 5-10 maşın “qrabil” tökülüb ki, o da artıq dağılıb gedib. Eyni zamanda qaz xətti 500-600 metrdən keçməsinə baxmayaraq, ondan istifadə edə bilmirik. Qış aylarında məcburən istilik üçün işıqdan istifadə edirik. Bu isə hər ailə üçün 1500-2000 manat deməkdir”.

Sosial problemlər içərisində boğulan 22 ailə suyu da pulla alır. Problemlərinin həlli üçün dəfələrlə Laçın rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin heç bir köməklik edilməyib: “İstər mənzil şəraitimiz, istərsə də yol, su, qaz və enerji problemlərimiz bizi ikinci dəfə köşkün düşmək məcburiyyətində qoyur. Bu günə qədər Laçın rayon icra başçısı Aqil Nəzərli nə özü, nə də onun hər hansı işçisi problemlərimizlə maraqlanmayıb. Köhnə başçı hətta yas mərasimlərimizə gəlirdi, yardım edirdi. Amma Aqil Nəzərli başçı olduğu dövrdə icra hakimiyyətində formalaşmış xeyriyyə fondundan nə imkansız ilələrə bir qəpik yardım edib, nə yas mərasimlərimizə qatılıb, nə də başqa köməklik etməyib. Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən çox razıyıq. Çox təəssüf ki, yerli məmurlar cənab prezidentin tapşırıq və tövsiyələrini qulaqardına vururlar. Odur ki, xahiş edirik problemimizin həll olunması üçün səsimizi lazımi orqanlara çatdırasınız. Aqil Nəzərli kimi məmurlar öz biznes sahələrinin böyüdülməsi üçün deyil, insanların problemlərini həll etmək üçün çalışmalıdırlar.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=15794

© 2014 www.mediaxeberleri.com