Media Xəbərləri > Çap üçün versiya > Ağstafanın Dağkəsəmən kəndinə canavarlar hücum edib - Fotolar

Ağstafanın Dağkəsəmən kəndinə canavarlar hücum edib - Fotolar

Ağstafanın  Dağkəsəmən kəndinə canavarlar hücum edib - FotolarSon vaxtlar vəhşi heyvanların kəndlərə soxulması faktlarına tez-tez rast gəlinir.

Növbəti belə hücum Ağstafa rayonunun Dağkəsəmən kəndində qeydə alınıb.


Mediaxeberleri.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yırtıcılar bu dəfə Ramiz Quşçuyevin atını parçalayıblar.

Xüsusən gecə saatlarında kənd ərazisində görünən yırtıcılar sahibsiz qalan heyvanlara hücum edirlər. Kənd sakinlərinin sözlərinə görə, canavarlar kəndin içində sərbəst şəkildə hərəkət edir ki, bu da onları narahat edir.

Qeyd edək ki, Ağstafanın Dağkəsəmən kəndinə canavarlar bir müddət öncə də hücum edərək iki uzunqulağı parçalamışdı.

Ağstafanın  Dağkəsəmən kəndinə canavarlar hücum edib - Fotolar
Ağstafanın  Dağkəsəmən kəndinə canavarlar hücum edib - Fotolar
Ağstafanın  Dağkəsəmən kəndinə canavarlar hücum edib - Fotolar

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=1494

© 2014 www.mediaxeberleri.com