Media Xəbərləri > Çap üçün versiya > "Barselona"nın lider olmağına az qaldı

"Barselona"nın lider olmağına az qaldı

"Barselona"nın lider olmağına az qaldıBu gün İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Atletik" doğma meydanda çempionatın lideri "Real"ı qəbul edib.

Trend-in məlumatına görə, matça Bilbao təmsilçiləri aktiv başlayıblar: 27-ci dəqiqədə Arits Aduris baskları önə keçirib - 1:0.

Madridlilərin çoxsaylı cəhdləri nəticəsiz qalıb: oyunda başqa qol qeydə alınmayıb.

Əvəzində, oyun vərəqələrin bolluğu ilə yadda qalıb. Ev sahiblərinin heyətində Arits Aduris, Xabier Etxeita, Karlos Qurpegi, qonaqların heyətində isə Toni Kroos, İlyarramendi, İsko və Marselo qarşılarında sarı vərəqə görüblər.

Beləliklə, sabah "Nou Kamp"da "Rayo Valekano"nu qəbul edəcək "Barselona"nın lider olmaq şansı böyükdür. Hazırda liderdən iki xal geri qalan kataloniyalılar sabah qələbə qazanacaqları təqdirdə birinciliyi ələ keçirəcəklər.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=1415

© 2014 www.mediaxeberleri.com