Media Xəbərləri > Çap üçün versiya > ABŞ dövlət katibinin müavini Bakıda

ABŞ dövlət katibinin müavini Bakıda

ABŞ dövlət katibinin müavini BakıdaABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana rəsmi səfərə gəlib.

V.Nulandı Heydər Əliyev adına Hava Limanında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Setuka qarşılayıb.

ABŞ Dövlət katibinin müavini Bakıda bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ticarət və investisiya, enerji şaxələndirilməsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələlərini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həlli istiqamətində irəliləyişləri müzakirə edəcək.

O, həmçinin vətəndaş cəmiyyəti qrupları nümayəndələri ilə görüşəcək. /Report.az
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=134

© 2014 www.mediaxeberleri.com