Media Xəbərləri > Çap üçün versiya > Qaradağlı faciəsi - 23 il

Qaradağlı faciəsi - 23 il

Qaradağlı faciəsi - 23 ilErmənilər Xocavənddə əhalini xüsusi amasızlıqla öldürüblər
Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 23 il ötür.

Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib.

İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=133

© 2014 www.mediaxeberleri.com