Media Xəbərləri > Çap üçün versiya > SOCAR: Neftin ucuzlaşması heç bir layihənin dayandırılmasına səbəb olmayacaq

SOCAR: Neftin ucuzlaşması heç bir layihənin dayandırılmasına səbəb olmayacaq

SOCAR: Neftin ucuzlaşması heç bir layihənin dayandırılmasına səbəb olmayacaqŞirkət öz payını digər investorlara satmaq niyyətində deyil.

Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək.

Mediaxeberleri.az-ın APA-Economics-ə istinadən məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev deyib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur: "Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur... Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər plana uyğun gedir".

SOCAR rəhbəri deyib ki, şirkət iştirakçısı olduğu heç bir iri layihədə öz payını digər investorlara satmaq niyyətində deyil.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=1320

© 2014 www.mediaxeberleri.com