Media Xəbərləri > Çap üçün versiya > Səlim Müslümovun işçiləri Tovuzda bir-birilərilə davaya çıxdılar - Rüşvəti bölə bilmirlər...

Səlim Müslümovun işçiləri Tovuzda bir-birilərilə davaya çıxdılar - Rüşvəti bölə bilmirlər...

Səlim Müslümovun işçiləri Tovuzda bir-birilərilə davaya çıxdılar - Rüşvəti bölə bilmirlər...Tovuz rayon 28 saylı TSEK-in həkim komissiya üzvləri arasında hökm sürən narazılıq o həddə çatıb ki, tərəflər bir-birini didməkdən belə çəkinməyiblər.
Daha doğrusu, Tovuz rayon 28 saylı TSEK-in sədri Arif Səmədov komissiya üzvü olan həkimlə pulu bölüşə bilmir, münaqişə hazırda da davam edir. Məlumata görə, TSEK-in iş rejimi 5 gündən ibarətdir. Həftənin 1-ci və 5-ci günləri təkrar komissiyadan keçməli olan xəstələr və ilkin sənədlərin qəbulu üzrə əlillik qrupu almaq istəyən şəxslər TSEK-ə müraciət edirlər. Bu işlərlə həkim komissiya üzvləri məşğul olur. Hətta qayda belədir ki, ilkin sənədləri qəbul edən komissiya üzvü həkim sonrakı mərhələlərdə də müayinə edib qrup təyin etdiyi xəstəyə məsuliyyət daşıyır. 28 saylı TSEK-də əlillik heç kimə pulsuz təyin edilmir, heç bir xəstə 70-150 manat verməsə, təkrar komissiyadan keçirilmir. Əlillik təyin olunan “xəstələr”dən 2-ci qruplar üzrə 3000 manat, 3-cü qrup əlillik dərəcəsi almaq istəyənlərdən 1500-2000 manat qarşılığında vəsait alınır. Bu vəsaitlər sahə üzrə ixtisaslaşmış möhtəkirlərin əli ilə alınır. Alınan pul 28 saylı TSEK-in sədrinə rayonun müxtəlif yerlərində kafe və çayxanalarında verilir. Orta hesabla gün ərzində ilkin və təkrar komissiyaya gələn şəxslərdən 6000-7000 min manat yığılır. Bu qədər puldan Arif Səmədov 5 nəfər komissiya üzvü olan həkimlərin hər birinə gündəlik 100 manat vermir. Həkimlərə yığılmış ümumi puldan günorta yeməyi alınmır. Bir sözlə, “Heyva da mənə, armud da mənə” yanaşması narazılığa səbəb olur.
Komissiyadakı narazılardan birinin söylədiyinə görə, Arif Səmədov fikrini onunla izah edir ki, Tovuz rayonunun rəhbərliyinə və Bakıda mərkəzə xərci çox çıxır. Qazandığının cüzi hissəsi ona qalır.
Məlumat üçün onu da qeyd edək ki, bir müddət əvvəl Tovuz rayon 28 saylı TSEK-də baş alıb gedən negativ halları, tibb bacısı Samirə xanımın qanunsuz olaraq işdən çıxarılmasını, Qovlar kənd sakinlərindən rüşvət istənilməsini, Arif Səmədov tərəfindən gözümçıxdıya salınmasını yazmışdılar.
Səməd Tovuzlu \\ tezadlar.az \\
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=132

© 2014 www.mediaxeberleri.com