Media Xəbərləri > Çap üçün versiya > Özbəkistan saytı Bəxtiyar Vahabzadədən yazdı

Özbəkistan saytı Bəxtiyar Vahabzadədən yazdı

Özbəkistan saytı Bəxtiyar Vahabzadədən yazdı

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki podrobno.uz portalında xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında rus dilində material yerləşdirilib.

Məqalədə deyilir:

“Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan görkəmli şairdir, onun şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının milli təfəkkürünün formalaşmasına xidmət edib. Şairin fəlsəfi-poetik məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun güclənməsi və ədəbi-ictimai firkin müstəqillik ideyaları ilə zənginləşməsində böyük rolu olub.

Tarixi-mədəni dəyərlərə hörmət və ana dilinin qorunub saxlanması şairin yaradıcılığının mühüm istiqamətlərindən biri idi”.

Qeyd olunur ki, 70 kitabın, həmçinin 20 poema, 2 monoqrafiya, 11 elmi işin müəllifi olan Bəxtiyar Vahabzadə, həm də 40 il Bakı Dövlət Universitetinin müəllimi olub, Milli Məclisin deputatı kimi böyük işlər görüb.

Məqalədə şairin həyatının müxtəlif anlarını əks etdirən 10 fotoşəkil də yerləşdirilib (azertag.az).
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=131

© 2014 www.mediaxeberleri.com