Media Xəbərləri > Çap üçün versiya > Ukrayna hökumətində azərbaycanlı

Ukrayna hökumətində azərbaycanlı

Ukrayna hökumətində azərbaycanlı

Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi.

Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib.

Mediaxeberleri.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Komitənin tərkibinə əcnəbilərdən başqa Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, İnfrastruktur Nazirliyinin, Energetika və Kömür Sənayesi Nazirliyi və Aqrar Siyasət Nazirliyinin nümayəndələri də daxil olacaq. Bütün namizədlər öncədən Nazirlər Kabinetində təsdiqlənirlər.

Bu ərəfədə hökumət Şevko Acuner (Türkiyə), Çimayo Fan (ÇXR), Rüfət Əlimərdanov (Azərbaycan), Algirdas Şemeta (Litva) və Corc Loquş (ABŞ) kimi ekspertlərin namizədliyini təsdiqləyib.

Rüfət Əlimərdanov Ukraynada və Belarusda Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) regional nümayəndəliyinin rəhbəridir. Buna qədər o bir neçə il Moskvada Mərkəzi və Şərqi Avropada investisiyalar üzrə Departamentinin Baş müşaviri vəzifəsində çalışıb, istehsalat və xidmət sahəsində, eləcə də Mərkəzi və Şərqi Avropada, Belarusda layihələr də daxil olmaqla kimya və neft üzrə yeni layihələr üzərində çalışan qrupa rəhbərlik edib.

İFC 1997-ci ildən işləməyə başlayıb və ərzaq sənayesinin investisiyası, Bosniya və Hersoqovinada, Bolqariya, Xorvatiya, Kiprdə, Meksikada, Portuqaliyada, Rumıniyada, Rusiya, Belarusda, Yuqoslaviya və Türkiyədə istehsalat və maliyyə bazarı sahəsində təcrübəyə malikdir. İnvestisiya sahəsində işə qədər, cənab Əlimərdanov DSC Communications və Kommersiya banklarında çalışıb. MBA dərəcəsi və CFA sertifikatı var, Texas Christian University və University of Texas at Austin-də təhsil alıb.

Rusiyada CFA cəmiyyətinin üzvüdür. Hal-hazırda Rusiyada çalışan bir neçə özəl investisiya fondunun müşahidə şurasının üzvüdür.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=12

© 2014 www.mediaxeberleri.com