Media Xəbərləri > Çap üçün versiya > Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar

Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar

Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + FotolarAzərbaycan Respublikası Kənd Təsrrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda ümumrespublika konfransı keçirilib. Kənd Təsrrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Xidmətinin akt zalında təşkil olunmuş Konfransı Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru iqtisad elmləri doktoru, professor Rəsul Balayev açıb. O, qonaqları salamyaraq ölkədə aqrar sektorun inkişafı istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən söz salıb. Professor qeyd edib ki, hazırkı dövrdə aqrar sahənin gənc alimlərinin üzərinə böyük məsuliyyət düşür, dövlət onlardan yeni layihələr, yeni elmi araşdırmalar gözləyir.

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının sədri aqrar elmləri üzrə fəlsəfə doktoru Faiq Xudayev Şuranın iki illik fəaliyyətinə dair təqdimatla çıxış edib. Hesabat xatakerli təqdimatda aqrar sahənin gənc alimlərinin 2014-2015-ci illər ərzində təşkil olunmuş tədbriləri, elmi-təqdiqat institutlarında keçirilmiş görüşlər, eləcə də beynəlxalq konfranslarda təmsilçiliyə dair ətraflı məlumatlar yer alıb.

Konfransda əsas diqqət qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişaf yolları, aqrar sahənin ölkə iqtisadiyyatının formalaşmasında oynayacağı rol, onun ixracatdakı payının artırılması zərurəti, eləcə də Prezident İlhan Əliyevin alimlər qarşısında qoyduğu vəzifələrə yönəldilib.

Konfransa Kənd Təsərrüfatı Nazirliyinin Elm şöbəsinin müdiri Namiq Məmmədov, Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev, Azərbaycan Dövlət Univeristetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Təranə Bəşirova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, eləcə də Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun nümayəndələri çıxış edərək aqrar sahənin spesifik xüsusiyyətlərindən, dövlətin kənd təsərrüfatından, onun alim və mütəxəssislərindən böyük gözləntilərinin olmasından və gənc alimlərin layihə və təşəbbüslərinin dəstəklənməsinin vacibliyindən danışıblar.

Konfransda ADAU-nun Gənc Alimlər Şurasının sədri Fariz Ələkbərov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alimlər Şurasının sədri Həlimə Məmmədova və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, Gənc Alimlər Şurasının Büro üzvü Ülviyyə Hüseynova da çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Gənc alimlər qeyd ediblər ki, yeni dövrdə dövlətin onlara bəslədiyi ümidləri dogrultmağa hazırdırlar.

Tədbirin sonunda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının iki illik fəaliyyətində məhsuldar xidmətlərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin Gənc Alimlər Şurasının sədri Fariz Ələkbərov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alimlər Şurasının sədri Həlimə Məmmədova, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının büro üzvü Ülviyyə Hüseynova və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alimlər Şurasının sədri Ramil Nəbiyev Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin “Fəxri fərmanı”na layiq görülüblər.

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının fəaliyyətinə verdiyi informasiya dəstəyinə gör isə “Azərfaks” İnformasiya Agentliyinin rəhbəri Nicat Dağlar “Aqrar sahənin alimlərinin dostu” nominasiyası üzrə təltif olunub.

40-a yaxın yerli təşkilatların əməkdaşları, o cümlədən FAO-nun Azərbaycan üzrə nümayəndəsinin də iştirak etdiyi Konfransda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Konfransın sonunda Faiq Xudayev yenidən Aqrar Elm və İ formasiya Məsləhət Mərkəzinin Gənc Alimlər Şurasının sədri seçilib.


Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar
Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar
Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar
Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar
Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar
Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=11400

© 2014 www.mediaxeberleri.com