Media Xəbərləri > Çap üçün versiya > Lamiyənin ata evi satışa çıxarıldı

Lamiyənin ata evi satışa çıxarıldı

Lamiyənin ata evi satışa çıxarıldıHəbsdə uşaq doğan Lamiyə Quliyevanın evi satışa çıxarılıb.

Mediaxeberleri.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, məhkumun anası Kifayət Quliyeva Şəmkirdə bacısı ilə birgə yaşadığı evi satır. Lamiyənin valideyni satacağı evin pulunu bacısı ilə şərik böləcək. Quliyevlər ailəsinin haraya köçəcəyi açıqlanmır.

Anası qızının və nəvəsinin azad olunacağına ümidlidir. L.Quliyevanın işinə fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Onun həbsdə nəzarətçini döyməsi ittihamı ilə 5,5 il cəza müddəti artırılıb.

2003-cü ildə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirən Lamiyənin həbsi 2013-cü ildə bitib.

O, cinayəti namus üstündə törətdiyini deyib. Cinayətdə iştirakı olan Vüqar Əliyev isə azadlıqdan ömürlük məhrum edilib. Lamiyə həbsdə övlad dünyaya gətirməsi və uşağın necə və kimdən doğulması sualları ilə gündəmə gəlib.

ANS-ə son müsahibəsində Elnur Rəsulov adlı dustaqla görüşərək uşağı olduğunu desə də, məhkum onların görüşmədiyini, toxumlarını Lamiyəyə göndərdiyini qeyd edib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=114

© 2014 www.mediaxeberleri.com