Media Xəbərləri > Çap üçün versiya > Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək

Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək

Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın üzvləri, Azərbaycan diasporunun fəal nümayəndələri və Azərbaycan icmasına yaxın olan norveçlilərin iştirakı planlaşdırılıb.

Mitinqdə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən soyqırıma məruz qalması, günahsız insanların qətlə yetirilməsi bir daha yerli ictimaiyyətin diqqətinə çatdırılacaq və faciəyə Norveç parlamentinin hüquqi qiymət verməsi tələbi irəli sürüləcək. Aksiyanın keçirilməsi üçün müvafiq qurumlardan icazə alınıb.

Qeyd edək ki, 2005-ci ildə yaradılmış Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və 2012-ci ildə təsis edilmiş Oslo Azərbaycan Evi Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və ermənilərin törətdiyi digər vəhşiliklərin Norveç ictimaiyyətinə çatdırılması, azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan mədəniyyətinin, tarixinin təbliği istiqamətində uğurlu layihələrə imza atıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=113

© 2014 www.mediaxeberleri.com