Media Xəbərləri > Çap üçün versiya > Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş əfsanəvi «KÜR» komandası

Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş əfsanəvi «KÜR» komandası

Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş əfsanəvi «KÜR» komandası

Gördüyünüz bu futbol komandası 1987-1990-cı illərdə Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş, onu nəinki rayonda, hətta zona və respublika turlarında uğurla təmsil etmiş KÜR komandasıdır.

Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş əfsanəvi «KÜR» komandası

Onların ən böyük uğuru 1989-cu ilin fevralında Qazaxda keçirilən rayon çempionatının final mərhələsində 3-2 hesabı ilə Çaylı komandasını məğlub etməsi, I yerin sahibi kimi həmin ilin avqustunda Tovuzda keçirilən zona çempionatında Sümbül kuboku uğurunda mübarizə aparması və finaldaTovuz komandasını 6-0 hesabı ilə məğlub edərək zonanın qalibi olaraq, respublika birinciliyinin seçmə oyununa vəsiqə qazanmasıdır. Komandamız 8 sentyabrda isə Zaqatalada keçirilən respublika birinciliyinində iştirak etsə də orada məğlub olmuşdur.
Ümumilikdə Kür komandası 28 oyun keçirmiş, onun 21-i qələbə, 5-i heç-heçə, 2-si isə məğlubiyyətlə sona çatmışdır. Oyunları müddətində Kür rəqib qapılarına 109 top vurmuş, öz qapısından isə 31 top buraxmışdır. Orta hesabla hər oyun rəqib qapılarına 3-4 top vurmuşlar.
Kəndimizin futbolu bu gün də inkişaf dövrünü yaşayır və ümidvarıq ki, gələcəkdə əvvəlkindən də böyük nailiyyətlərə imza atacaqdır…
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=11

© 2014 www.mediaxeberleri.com