Media Xəbərləri > Çap üçün versiya > "İndikilər deyir ki, pullu kişiyə ərə gedim, çətinliyim olmasın"

"İndikilər deyir ki, pullu kişiyə ərə gedim, çətinliyim olmasın"

"İndikilər deyir ki, pullu kişiyə ərə gedim, çətinliyim olmasın"“İndi qızlar deyir ki, varlı, pullu kişiyə ərə gedim, çətinlik çəkməyim. Heç kim ailə qurduğu oğlanla əl-ələ verib, problemləri yoluna qoymağa çalışmır”.

Mediaxeberleri.az xəbər verir ki, axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Vasif Məhərrəmli deyib.

O, gəncləri var-dövlət düşkünü olmaqda qınayıb:

“Tək gənc qızlar yox, sənətə yeni gələn ifaçıların da bir amalı var: "tez varlanım, CİP sürüm, bahalı evdə yaşayım". Mənim heç vaxt belə məqsədlərim olmayıb. Tək arzum müğənni kimi fəaliyyət göstərmək idi. Bir dəfə Ağadadaş Ağayev soruşdu ki, boş vaxtında nə edirsən? Dedim, evdə otururam. Cavab verdi ki, evdə çox oturmaq üzrə birinci yerdə özüməm.
Kişiyə evdə oturmaq xoş olmalıdır. Buna şəraiti xanım yaratmalıdır”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=1074

© 2014 www.mediaxeberleri.com