Media Xəbərləri > Çap üçün versiya > Dünya liqası: Azərbaycan Fransadan öndədir

Dünya liqası: Azərbaycan Fransadan öndədir

Dünya liqası: Azərbaycan Fransadan öndədirBu, yığmamızın Uruqvay turnirində ikinci qələbəsidir.

Uruqvayın paytaxtı Montevideoda ot üzərində xokkey üzrə qadınlar arasında Dünya liqasının 2-ci raundunun oyunları davam edir.

Mediaxeberleri.az xəbər verir ki, ikinci matçda Azərbaycan yığması Fransanı məğlub edərək 3:2 hesabı ilə qalib gəlib. Bizim komanda iki dəfə hesabda irəli keçsə də rəqiblərə cavab imkanı yaradıblar. Amma son sözü azərbaycanlı xokkeyçilər deyib. Oyunda son nöqtəni 46-cı dəqiqədə Lıbov Drujinina dubl edərək qoyub. Birinci qolu isə Mahirə Əhmədova vurub.

Bu, Azərbaycan yığmasının Montevideoda ikinci qələbəsidir. Şənbə günü Adil Paşayevin drujinası Trinidad və Tabaqonu 5:1 hesabı ilə məğlub edib.

Azərbaycan yığması üçüncü matçını fevralın 17-də Keniya ilə keçirəcək. Matç Bakı vaxtı ilə 18:30-da başlayacaq. Hal-hazırda bizim komanda 6 xal ilə “B” qrupunda birinci yerdədir.

“A” qrupunda Meksika, Dominikan Respublikası, İtaliya və Uruqvay oynayır. Brada 1-ci turdan sonra 3 xal ilə Meksika liderlik edir.

“B” qrupunun qalibi dörddə bir finalda “A” qrupunun son qrupu ilə, 2-ci komanda 3-cü ilə, 3-cü komanda 2-ci ilə və 4-cü komanda 1-ci komanda ilə görüşəcək.

Daha sonra yarımfinal olacaq, 3 yer və finala çıxış uğrunda mübarizə gedəcək. Dünya liqasının növbəti raunduna keçmək üçün mütləq finala çıxmaq lazımdır. Uruqvayda nəticə üzrə 3-cü yeri tutaraq da irəliləmək olar. Amma bunun üçün Hindistan və İrlandiyada analoji turnirlərdə 3-cü yerləri tutan yığmalar arasında ən yüksək reytinqi qazanmaq lazımdır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=107

© 2014 www.mediaxeberleri.com