Media Xəbərləri > Çap üçün versiya > Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm

Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm

Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm

“Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”.

Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir.

Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.

O, Lamiyənin həbsxanada dünyaya gətirdiyi uşağın atasını müəyyənləşdirmək məqsədi ilə aparılan DNT analizlərinin nəticəsindən danışıb. Bildirib ki, L. Quliyeva ilə uşağın atası Rəsulov Elnur Məmmədrəsul oğlu canlı cinsi əlaqədə olmayıblar:

Ombudsman nümayəndəsi ilə görüşən uşağın atası evli olduğunu, Lamiyə olayına görə ailəsini dağıtmaq istəmədiyini qeyd edib:

“Biz uşağın atası ilə görüşdük. Uşağın atası dedi ki, süni mayalanma Kürdəxanıdakı təcridxanda baş verib. Onlar eyni təcridxanda qalırlarmış. Uşağın atası bizə bildirdi ki, toxumlarını Lamiyəyə özü göndərib. O, bunu Lamiyənin xahişi ilə etdiyini söylədi.

Lamiyənin uşağının atası evlidir, ailəsi var. Həmin şəxs ailəsinin dağılmaması üçün bu məlumatların gizli saxlanılmasını istəyir. Heç bir tibbi personalın bu işdə rolu olmayıb. Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”.

Qeyd edək ki, ötən gün mətbuatda yayılan məlumatlarda Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın övladının atasının adının Rəsulov Elnur Məmmədrəsul oğlu olduğu qeyd olunub.

O, 1984-cü ildə Ağsu rayonunda anadan olub. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=10

© 2014 www.mediaxeberleri.com